RU

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda sığorta haqqı 937,7 milyon manatı ötüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 937,658 milyon manat sığorta haqqı yığılıb.

Bu barədə Finss.az Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 104,4 milyon manat və ya 12,5% çoxdur.

2025-ci ilin ilk yeddi ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 529,307 milyon manat sığorta ödənişi edilib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 90,7 milyon manat və ya 20,7% artım deməkdir.

Fuad Mədətov
Finss.az

Избранный
313
14
fins.az

10Источники